“Biz sadəcə ölkə prezidentini seçmirdik, dəyərlərimizi, dinc həyatımızı, suverenlik və müstəqilliyimizi müdafiə edirdik. Bu çərçivədə hələ işimiz çoxdur”.
“Report” xəbər verir ki, bunu sentyabrın 23-də 6-cı dəfə Belarus prezidenti kimi and içən Aleksandr Lukaşenko deyib.
Paytaxt Minskdə yerləşən Müstəqillik Sarayında keçirilən andiçmə mərasimində çıxış edən dövlət başçısı bildirib: “Bu təntənəli gündə prezident Vətənə və xalqa sədaqət andını xüsusi hisslərlə içir. Çətin sınaqlardan keçmiş Belarus xalqı ilə qürur duyuram. Prezident vəzifəsinə başlama günü bizim inamlı və taleyüklü qələbəmizin günüdür”.