RegionTV.info
Gəncə Şəhər İcra Hakimiyyətində Respublikanın ikinci böyük şəhərinin Baş planı müzakirə olunub. Müzakirədə Gəncə Şəhər İcra Hakimiyyətinin baçışı Niyazi Bayramov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fransanın “Vasconi Architects by Thomas Schinko” şirkəti, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun nümayəndələri,həmçinin Gəncədə fəaliyyət göstərən bir neçə kütləvi informasiya vasitələrinin nümayəndələri o,cümlədən RegionTV nin direktoru hörmətli Elxan Əhmədov, habelə Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın üzvləri iştirak ediblər. Öncə “Vasconi Architects by Thomas Schinko” şirkətinin nümayəndəsi Gəncə şəhərinin 2040-cı il üçün nəzərdə tutulan baş planı barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, tarixi və mədəni baxımdan zəngin olan Gəncənin baş planı Nizami Gəncəvinin baxşlarından bəhrələnərək hazırlanıb. Olduqca strateji nöqtədə yerləşən Gəncənin gələcəkdə Azərbaycanın iqtisadi mərkəzinə çevrilmə potensialı yüksəkdir və baş plan da buna cavab verməlidir. Gəncənin tarixi mirasının qorunub saxlanılması ilə ekoloji və ağıllı şəhərin formalaşdırılması, nəzarətsiz urbanizasiyanın nəzarətə götürülməsi əsas məqsədlərdən biridir. Müzakirəyə çıxarılan yeni baş planda şəhərdə olan köhnə sənaye məkanlarının yaşıl əraziyə çevrilərək, “Nizami bağları”nın salınması, Gəncə çayının məcrasının abadlaşdırılaraq üzərində əlavə körpülərin inşası, yeni avtomobil yollarının çəkilməsi, “Nizami Gəncəvi” kampusunun yaradılması və sair məsələlər öz əksini tapıb. Baş planla tanış olan Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın üzvləri bir sıra təkliflərlə çıxış ediblər. Nizami Gəncəvi məğbərəsi ətrafında “Nizami şəhərciyi”nin salınması, azad iqtisadi zonanın yaradılması, Gəncə çayının üzərində tarixi “Xan körpüsü”nün və şəhərin mərkəzi hissəsində tarixi İç qalanın bir hissəsinin bərpa edilməsi təklif olunub. Çıxış ücün söz verilən Elxan Əhmədov bunları bildirdi.O, Gəncə şəhərində bir çox sahələrdə problemin olduğunu, özəlliklə yol infrastrukturunun yenidən gözdən keçirilməsini və bu məsələyə daha geniş aksiomada yanaşılmasını təklif etdi. Bu amillərin Gəncənin turizm və iqtisadi potensialının artırılmasına müsbət təsir göstərəcəyi bildirilib. Yeni küçələrin və dairəvi magistral yolun çəkilməsinin də vacibliyi vurğulanıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və “Vasconi Architects by Thomas Schinko” şirkətinin nümayəndələri İctimai şura üzvlərini maraqlandıran sualları da cavablandırıblar. Müzakirələr zamanı o da diqqətə çatdırılıb ki, komitə tərəfindən Gəncənin baş planının hazırlanması ilə əlaqədar olaraq sosial sorğular da keçirilir və nəticələr yaxın aylarda açıqlanacaqdır. Xatırladaq ki, Gəncənin Baş planının hazırlanmasına 2020-ci ildən başlanılıb.
Xəbəri paylaş