Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Şərait yaranıb və torpaqlarımızı o murdarlardan təmizləmək lazımdır...”






Televiziya sahəsində islahatlar, yeniliklər aparılsa da, ziyalılarımızla söhbətimiz zamanı məlum olur ki, yenə də giley var. Bəlkə də bu bu giley olmasa, arxayınçılıq yaranar və yeniliklər etmək istəmərik. 

Moderator.az-ın sualını cavablandıran Əməkdar artist, diktor Eldost Bayramlı bu cür iradların təbii olduğunu bildirdi:

“Belə bir məsəl var deyir ki, “Moskva birdən-birə qurulmayıb ki”. Əlbəttə, həyat bir mübarizədir, köhnəlik-yeniliklə, və yaxud da əksinə, yenilik-köhnəliklə mübarizə apara-apara özünə yer edir. Zamanla hamısı düzələcək”.

E.Bayramlı bu gün ən vacib məsələmiz torpaqlarımızın işğaldan azad edilməsi olduğunu bildirdi:  

“Bu gün ən əsas məsələmiz torpaqlarımızın işğaldan azad edilməsidir. Torpaqlarımıza sahib olaq, başqa şeylər öz yoluna düşəcək. Qarabağ məsələsinə öyrəşmişik ki, həmişə fərqli yanaşaq, amma bu çox mürəkkəb bir işdir. Bu beynəlxalq məsələdir və Qarabağ da bunun bir qoludur. İstənilən halda bir-birimizə dayaq olub torpağımızı qorumalıyıq. Biz torpaqsız kimik ki? Bizim üçün birinci növbədə vətəndir, torpaqdır, bu genimizdən, qanımızdan gəlir, onu qorumalıyıq. Bu gün çox gözəl şərait yaranıb və bundan istifadə edib torpaqlarımızı o murdarlardan təmizləmək lazımdır. Əlbəttə, müharibə qurbansız olmur. Allahın, bizi istəyənlərin və birinci növbədə özümüzün köməkliyimizlə torpaqlarımızı azad edəcəyik”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də