Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Abıyevdən "qaçıb" xəbərlərinə REAKSİYA: Bilirəm kim yayıb...

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayondan qaçması ilə bağlı iddialara cavab verib.
Əhəd Abıyev RegionTV.info-ya açıqlamasında hazırda rayonda işinin başında olduğunu deyib.
“Mən iş başındayam. Nəyə görə gəlib məni Dövlət Təhlükəsizliyi Xidməti aparmalıdır? Nə ilə bağlıdır? Bu dəqiqə işdəyəm”.
Ə.Abıyev 2007-ci ildə yol verilən saxtakarlıqla heç bir əlaqəsinin olmadığını söyləyib.
“Əvvəla o tutulan şəxslər - həmin o Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyevlə Xoşbulaq kənd Bələdiyyəsinin sədri Rasim Allahverdiyevin 2007-ci ildə Gənə vətəndaşı ilə aralarında bələdiyyə alqı-satqı müqaviləsi olub. Sonra bələdiyyə də götürüb o torpağı başqasına satıb. Korrupsiya da 2 ay əvvəl gəldi, yoxladı, tam dəqiqləşdirdilər və onların barəsində qəti imkan tədbiri seçilib.
Hazırda həmin işə məhkəmədə baxılır. Onun icra hakimiyyətinə və şəxsən mənə heç bir aidiyyatı yoxdur. 2007-ci ildə heç mən orda icra başçısı deyildim”, - icra başçısı bildirib. 
Ə.Abıyev nə üçün haqqında belə iddialar yayılması ilə bağlı suala isə belə cavab verib:
“Bu məsələ xüsusi təşkil olunub. Burada Xoşbulaq icra nümayəndəsinin qanunsuz hərəkətləri ilə bağlı korrupsiya gəlib onu yoxlayıb. Özü də sabiq icra nümayəndəsi Hətəm Əzizovun qanunsuz əməllərini mən yoxlatdırmışam. Hazırda məhkəmədə 3 maddə ilə onun işinə baxılır. O da məhkəmədən yayınmaq üçün belə qərəzli şayiələr, uydurmalar yayır. Amma bu deyilənlərin heç bir əsası yoxdur. H.Əzizovun qanunsuz hərəkətləri, saxta arayışlar verməsi mənim müraciətim əsasında yoxlanılıb.
H.Əzizov şayiələr yaymaqla istintaqdan yayınmaq istəyir. Amma alınan iş deyil. Hamısı təsdiqedici faktlardır. Məhkəmə də baxıb hüquqi qiymət verəcək. Mənə elə gəlir ki, bu yaxınlarda onun barəsində hökm çıxacaq. Ona kimi də aranı qarışdırır. Hamısı qərəzli şayiələrdir”.
Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində Daşkəsən rayonunda bələdiyyə və  icra nümayəndələrinin korrupsiyaya bulaşmasına görə  icra başçısı Əhəd Abıyev məzuniyyət götürərək rayondan çıxdığı ilə bağlı məlumatlar yayılmışdı. Hətta onun xarici ölkəyə qaçdığı iddia edilirdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də