Bakıda şirkətdə oğurluq hadisəsi olub.
Bu barədə RegionTV.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN Baş Cinayət Axtarışı İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən MMC-yə məxsus 90 220 manat dəyərində 675 metr naqili, 6 ədəd birləşdiricini və elektrik lövhəsinin hissələrini oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri A.Həşimov, E.Vəliyev, N.Atayev və S.Hümmətov saxlanılıb.
Xəbəri paylaş