Aparıcıya Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib
Tarix: 6-05-2021, 16:47Xəbərə baxış: 207
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub. RegionTV.info-nun məlumatına görə, bu vəzifə "ASAN Radio"da aparıcı-redaktor vəzifəsində çalışan Ruslan Zeynala həvalə edilib. Xatırladaq ki, o, uzun illər "ASAN Radio"da və bir sıra televiziya kanallarında çalışıb.