Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda ağır qəza - 3 avtomobil toqquşdu - VİDEO

Bakının Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında avtomobil qəzası baş verib.
RegionTV.info xəbər verir ki, "Ford" markalı yük avtomobili "Hyundai" markalı minik maşını ilə toqquşub. 
Daha sonra "Hyundai" markalı minik maşını BMW markalı maşına dəyib. Avtomobillərin hər üçü yararsız hala düşüb. 
"Ford" markalı yük avtomobilinin sürücüsü xəsarət alıb. Onu dərhal xəstəxanaya aparıblar. 
Hadisə Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırılır. 
Hadisə yerindən görüntüləri təqdim edirik:                                         


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də