Argentina Prezidenti Alberto Fernandez BMT-nin 4.0 versiyasına modernləşdirilməsinin zəruriliyindən danışıb.
“RİA Novosti”nin məlumatına görə, bu barədə o, Baş Assambleya çərçivəsində videomüraciətində bildirib.
Dövlət başçısının sözlərinə görə, dünyanın hazırda baş verən nəhəng texnoloji dəyişikliklərə uyğunlaşması, onları daha insani, demokratik və sosial cəhətdən əhatə etməsi üçün Birləşmiş Millətlər Təşkilatının təmiz təməl dəyərlərə sahib 4.0 versiyasına ehtiyacı var.
Fernandez BMT-nin mandatı yerinə yetirmə qabiliyyətini artırmağın vacibliyini də vurğulayıb.
Qeyd edək ki, bir gün əvvəl Almaniya kansleri Angela Merkel də gələcək inkişaf üçün BMT-nin islahatına çağırış edib. Onun sözlərinə görə, vacib qərarlar qəbul etmək lazım olduqda çox vaxt BMT Təhlükəsizlik Şurası “bloklanır”.
“BMT XXI əsrin qlobal problemlərinə cavab verə bilmək üçün daha da inkişaf etməlidir”, - deyə o, sözlərini yekunlaşdırıb.