RegionTV.info
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Orxan Faiq oğlu Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub.
2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.
Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb, 2005-2015-ci illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq audit şirkətində çalışıb.
2014-cü ildə ABŞ-ın Alyaska ştatında sertifikasiyadan keçib, “Certified Public Accountant” lisenziyası alıb.
2015-2016-cı illərdə Azərbaycan Respublikası təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində işləyib.
2018-ci ildə Azərbaycan Respublikası vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
13 may 2020-ci ildə Prezidentin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini və rəis əvəzi təyin edilib.
Ailəlidir, 3 övladı var.
Xəbəri paylaş