Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü İbrahimov Həsrət Nazim oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Xəbəri paylaş