Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident Operativ Qərargaha hər kəsin gözlədiyi BU QADAĞANI LƏĞV ET DEDİ - ELAN EDİLDİ

RegionTV.info                                                                                                     
Ölkə Prezidenti işğaldan azad olunmuş ərazilərdəki hərbi hissədəki əsgərlərimizin idman zalında ağırlıq alətlərini qaldırmaqla yalnız idmana, sağlam həyata insanların maraq göstərməsini təbliğ etmədi, həm də Operativ Qərargaha mesaj göndərdi ki, idman zallarını açmaq lazımdır, insanlar normal şəkildə idmanla məşğul olmalıdır.
Prezident hər məsələ ilə bağlı fərman, sərəncam verməz ki? Bəzən ifadələrlə, jestlərə anlatmağa çalışır ki, nələri etmək vacibdir.
Bu sözləri millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında qeyd edib.
Deputat iddia edib ki, bizdə çevik jurnalistika yoxa çıxmış kimidir:
“Olsaydı, Operativ Qərargahdakı səlahiyyət sahiblərindən ölkə Prezidentinin idmanla bağlı verdiyi mesajı necə anladıqlarını dərhal soruşardılar. Görək Prezidentin bu anlamlı davranışından doğru nəticə çıxarıb açacaqlarmı idman zallarını? Yoxsa absurd yanaşmanı bundan sonra da davam etdirəcəklər? Qapalı idman zallarının bağlı saxlanmasının pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Birbaşa idraksızlıqla bağlı məsələdir. Əks halda bu qərarın indiyədək normal izahını verərdilər”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də