Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DİN Mehman Hüseynovun paylaşdığı videoya münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə paytaxt ərazisində özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşa hədə-qorxu gələn şəxslə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
DİN-in Mətbuat xidmətindən RegionTV.info-ya cavab olaraq bildirilib ki, yayılan videogörüntülərlə bağlı araşdırmalara başlanılıb:
“Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.
Bloger Mehman Hüseynov sosial şəbəkələrdə yaydığı videoda metronun “Gənclik” stansiyasının yaxınlığında maskasız olan şəxsin özünü polis əməkdaşı kimi təqdim etdiyini iddia edir. Blogerin paylaşdığı videogörüntülərində həmin şəxs M.Hüseynovu da təhqir edərək hədələyib.
M.Hüseynov bildirib ki, həmin şəxsin adı Elxan Tağıyevdir. O, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində hərbi hissə komandiri olub, daha sonra işdən qovulub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də