Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dövlət qulluğuna qəbul üzrə növbəti mərhələnin keçirilmə qrafiki müəyyən edilib






Elan üzrə 47 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 431 (B növü üzrə 267 vakant vəzifə üzrə 379 yer, A növü üzrə 31 vakant vəzifə üzrə 31 yer və ümumi müsahibədə 21 vakant vəzifə üzrə 21 yer ) vakant vəzifə müsahibəyə çıxarılmışdır. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1360 namizədlə 5177 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, İnkişaf lahiyələri sektoru, məsləhətçi (1 vakant yer üzrə 234 namizəd), Bakı şəhəri üzrə Təhsil İdarəsi, İnkişaf lahiyələri sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 226 namizəd), Bakı şəhəri üzrə Təhsil İdarəsi, İctimaiyyətlə əlaqələr sektoru, məsləhətçi (1 vakant yer üzrə 222 namizəd), Dövlət Statistika Komitəsi, Bakı şəhəri Statistika İdarəsi, Sosial statistika sektoru, məsləhətçi (1 vakant yer üzrə 218 namizəd) vəzifələri üzrə qeydə alınmışdır.

Müsahibələrin 1 oktyabr 2020-ci il – 29 yanvar 2021-ci il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də