İmişli rayonunda evdə yanğın baş verib.Fövqəladə Hallar Nazirliyindən RegionTV.info-ya verilən məlumata görə, rayonun Oruclu kəndində ümumi sahəsi 192 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində tavan 20 m² sahədə, dolab, soyuducu və 1 ədəd paltaryuyan maşın yanıb. Yüksək temperaturdan 1 ədəd qapı və pəncərə çərçivəsi qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbəri paylaş