“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı 20-yə yaxın şəxsi qanunsuz olaraq işdən çıxarıb.
RegionTV.info xəbər verir ki, bu barədə "Unikal.org" saytına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun keçmiş texniki Sultanov Teymur Aslan oğlu məlumat verib. O, bildirib ki, əmək qanunvericiliyinin tələbləri pozuraq, onu işdən azad ediblər:
“Qurumun adının dəyişdiyini səbəb göstərərək bizə iki ərizə yazdırdılar. Bir ərizəni işdən çıxmaqla bağlı, digərini TƏBİB-ə işə qəbulla bağlı qeyd etdirdilər. Sonra ikincini cırıb, atdılar. Birinci öz ərizəmlə işdən azad olunduğumu bildirdilər. Səbəb göstərdilər ki, texnik vəzifəsinə vakansiya yoxdur. Halbuki, məndən sonra neçə yeni texnik işə götürülüb. Təxmini 20-yə kimi həkim işdən çıxarılıb. Onlar arasında həkimlər də var. İşdən çıxarılan bütün şəxsləri eyni qaydada aldadıblar. Mən TƏBİB-in qanunsuz əməlləri ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəm”.
Xəbəri paylaş