Bundan əvvəl Araz Ağalarov oğlu Emin və qızı Şeylanın mirası necə bölüşəcəyini açıqlayıb.
RegionTV.info-nun Rusiya mediasına istinadla verdiyi xəbərə görə, iş adamı layiqli insanlar yetişdirdiyinə əmindir, buna görə atalarının pulları ilə özləri və qarşıdurmalar olmadan bölüşə biləcəklər.
Dollar milyarderi Araz Ağalarov jurnalistlərə açıqlamasında şirkətinin hazırda ağır kredit yükü yaşadığını söyləyib. Şirkətləri “Sberbank”a 120 milyon rubl borcludur və bundan əvvəl iş adamı iki milyard dollar kredit götürüb.
O zaman dollar məzənnəsi ilə kredit 58 milyard rubl təşkil edirdi. Ancaq son illərdə Amerika valyutası yalnız bahalaşıb və bu səbəbdən şirkətin böyük borcları var. Ancaq 65 yaşlı iş adamı hələ də güclüdür, təqaüdə çıxmaq fikrində deyil və iş üçün motivasiyası var.
Bu motivasiyanın məqamlarından biri də şirkətin borc yükünün azaldılmasıdır ki, gələcəkdə uşaqların çətinliklərin öhdəsindən gəlməsi daha asan olsun.
Araz Ağalarovun iki övladı var: oğlu Emin və qızı Şeyla. İş adamının sözlərinə görə, onlar mirasını asanlıqla bölüşə bilərlər.
“Mənim qızım və oğlum var. Digər varisim yoxdur. Bunu öz aralarında həll edəcəklər. Eminlə Şeylanın münasibətləri yaxşıdır, bir-birlərini çox sevirlər. İnsanlar təbiətcə də yaxşıdırlar”, - Araz Ağalrov vurğulayıb.
Xəbəri paylaş