Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalayıb.
RegionTV.info xəbər verir ki, Dövlət Komissiyasının sədri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevdir.
Sərəncama əsasən, Azərbaycan Respublikasında radiokommunikasiya vasitələrindən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyini artırmaq və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək məqsədilə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb.
Xəbəri paylaş