Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Torpaqlarımızın azad ediləcəyi günə çox qalmayıb”



Ceyhun Məmmədov: “Ordunun da, xalqın da döyüş ruhu ən yüksək səviyyədədir”


Bəlli bir müddətdir ki, ölkə başçısının işğalçı Ermənistana sərt xəbərdarlığı fonunda ehtiyatda olan hərbi mütəxəssislərin təlimlərə cəlb edilməsi prosesi müşahidə edilir.

 

Maraqlıdır, ordumuzdakı döyüş və mübarizə əzmi cəmiyyətimizdə də müşahidə edilirmi? İndiki məqamda xalq-ordu həmrəyliyi nə dərəcədə vacibdir?

 

Açıqlama verən millət vəkili Ceyhun Məmmədov, eyniylə orduda olduğu kimi, cəmiyyətdə də mübarizə əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd etdi:

 

“Bu gün Azərbaycan xalqında döyüş ruhu ən yüksək səviyyədədir. Xalqın səbr kasası dolub. Xalq öz torpaqlarını azad etmək istəyir. Cənab preizdent öz çıxışında bir daha qeyd etdi ki, ermənilər danışıqlar prosesini pozur, bölgədə təxribatlar törədir, məskunlaşdırma siyasəti həyata keçirir və s.

 

Azərbaycanda xalq-iqtidar arasında güclü birlik var. Xalqımız səbirsizliklə işğaldakı torpaqların azadlığını gözləyir. Erməni təxribatlarının qarşısını almaq üçün xalq-iqtidar, xalq-ordu birliyi güclü olmalıdır. Bu gün cəmiyyətimizdə yüksək əhval-ruhiyyə var. Xalqımız heç vaxt işğalla barışmayıb və bu gün də barışmır. Xalqın səbr kasası dolub və xalq problemin müharibə yolu ilə olsa da həllini istəyir.

 

Şübhəmiz yoxdur ki, ordu-xalq həmrəyliyi hesabına işğaldakı torpaqlarımızı azad edəcəyik. Onu da qeyd edim ki, ermənilər hazırda çox narahatdırlar. Düşmən də bilir ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq, ərazi bütövlüyünü təmin etmək üçün gərəkən bütün addımları atacaq. İnanıram ki, torpaqlarımızın azad ediləcəyi günə çox qalmayıb”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də