Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Aslan Hüseynov Gəncədə dəfn olunub - Foto

RegionTV.info                                                                                                       
Bu gün yol qəzasına düşərək dünyasını dəyişən müğənni Aslan Hüseynov Gəncə şəhərində İmamzadə qəbristanlığı kimi tanınan məzarlıqda dəfn edilib.

Dəfn mərasimi pandemiya səbəbindən məhdud sayda insanın iştirakı ilə baş tutub.
Müğənnini son mənzilə ancaq yaxınları yola salıb.

Məlumat üçün bildirək ki, Aslan Hüseynov bu gün sabah saatlarında BMW markalı avtomobillə Bakı-Qazax avtomobil yolunun 60-cı kilometrliyində "Kamaz" markalı avtomobillə toqquşub. Qəza zamanı avtomobili müğənni özü idarə edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də