Dövlət Sərhəd Xidmətinin rəisinin səlahiyyəti artırılır.
RegionTV.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də edilən dəyişikliklə əksini tapıb.
Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Vətən Müharibəsi Qəhrəmanlarının adlarını xidmət etdikləri sərhəd zastavalarına və digər sərhəd bölmələrinə verəcək.
Xəbəri paylaş