Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Kino sahəsində Qarabağ ağrımızı dünyaya çatdırmaq üçün o mexanizmi öyrənmək lazımdır..."






“Bu istiqamətdə təbliğat aparmaq üçün Elmlər Akademiyasının tərkibində bir tədqiqat institutu yaradılmalı və burda erməni tarixini, siyasətini, kinosunu, dilini dərindən öyrənmək lazım idi”

Bunu açıqlamasında kinorejissor Ayaz Salayev deyib. O, informasiya sahəsində hələ də ermənilərdən geri qaldığımıza görə təəssüfləndiyini bildirib:

“Ümumiyyətlə, biz informasiya müharibəsinin mahiyyətini ermənilərdən gec dərk edirik və indi də vəziyyət bu cürdür.  Kino da bu müharibənin bir hissəsidir. Bizdə erməni təbliğatına qarşı kifayət qədər filmlər çəkilib, amma bunu hansı məqsədlə çəkmişik, bilmirik. Biz bu istiqamətdə çəkdiyimiz filmlərimizi özümüz üçün çəkmişik. Yəni ekranda biz artıq bildiyimiz şeyləri təzədən görmüşük. Bu istiqamətdə təbliğat aparmaq üçün Elmlər Akademiyasının tərkibində bir erməni tədqiqat institutu yaradılmalı və burda erməni tarixini, siyasətini, kinosunu, dilini dərindən öyrənmək lazım idi. Bütün bunları nəzərə alaraq əgər biz itəyiriksə, bu istiqamətdə təbliğat aparaq, onda dediklərimi həyata keçirmək lazımdır. Biz hələ heç Qarabğ ağrımızı ermənilərə çatdıra bilməmişik, bu ağrını ancaq bizim şəhidlərimiz onlara sübut edir. Ermənilər bilməlidir ki, Azərbaycan həmişə Qarabağın həsrətini çəkir, torpaqlarını işğaldan azad edəcək və heç vaxt da bu fikrindən əl çəkməyəcək. Ermənilər indi-indi bunu siyasət, ordu vasitəsilə başa düşüblər, amma informasiya siyasətiylə bunu başa düşməyiblər. Kino sahəsində Qarabağ ağrımızı dünyaya çatdırmaq üçün o mexanizmi öyrənmək lazımdır, bu ciddi məsələdir. Amma çox təəssüflər olsun ki, buna ciddi yanaşan yoxdur”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də