
Daşkəsənin Zəylik kəndində evdə qaz partlayışı olub.
RegionTV.info xəbərinə görə, nəticədə 1972-ci il təvəllüdlü Vəliyeva Yaqut Vəli qızı və övladı 1997-ci il təvəllüdlü Vəliyev İsa Əkrəm oğlu yanıq xəsarətləri alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyətləri orta ağırdır.