Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Boşanmış ər-arvad feysbukda saxta profillərlə yenidən tanış oldu

Feysbuk sosial şəbəkəsindəki “Huquqşünaslar” qrupunda maraqlı hadisə qeydə alınıb.   
RegionTV.info xəbər verir ki, bu barədə tanınmış vəkil Aqil Layic feysbukda məlumat paylaşıb.
O qeyd edib ki, boşanmış ər və arvad “Huquqşünaslar” qrupunda saxta adlarla vəkillərdən məsləhət alıb, bu əsnada həmin profillərlə tanış olub, bir-birinə nömrə verib və nəticədə yenidən dava ediblər:
“Ər-arvad boşanmışdılar. Hər ikisi də feyk profillərlə qrupda gecə-gündüz hüquqi suallar yazırdılar və məsləhət alırdılar. Amma bir-birini tanımırlar. Yenidən feyk profillə tanış olurlar və adlarını hər ikisi səhv deyir. Xanım keçmiş ərinin narkoman olduğunu, oğlan isə keçmiş arvadının əxlaqsız olduğunu qeyd edir. Münasibətlər irəliləyir və istiləşir. Hər ikisi mələk kimi davranır. Nəticədə bir-birinə nömrə verdikdə bəlli olur ki, bunlar elə söydükləri keçmiş ər-arvad özləri imiş. Söhbət böyüyür və bir-birinin nəsli haqqında yenidən tanışlıq ərəfəsində işlətdikəri pis sözlərə görə real dava düşür”.
“Hər ikisi mənə şikayət edib, digərinin qrupdan çıxarılmasını xahiş etmişdi, hər ikisi də iddia edirdi ki, o, qrupa layiq deyil”, - vəkil bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də