Lənkəranda intihar hadisəsi baş verib.
RegionTV.info xəbər verir ki, hadisə rayonun Zövlə kəndində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Rəsilə İlqar qızı Əsədova özünü yaşadığı evin 3-cü mərtəbəsindən ataraq intihar edib.
Müxtəlif dərəcəli xəsarətlər alan R.Əsədova təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
R.Əsədova ailəlidir, iki övladı var. Onun psixoloji problemlərinin olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş