Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

18+ Seks hansı yaşda və nəyə xeyirlidir?

RegionTV.info                                                                                                   
Sizin üçün cinsi əlaqə nədir? Ehtiras dolu anlar, yoxsa təlabat ödəmək? Və ya sadəcə məşğuliyyət? Əslində isə cinsi əlaqə bəzi xəstəliklərdən xilas olmaq üçün də çox vacibdir...Cinsi əlaqənin 8 xeyiri
1. Seks vasitəsilə lazımlı hormonlar əmələ gəlir
• Oksitosin – bu yaraların tez sağalmasına, zədələr nəticəsində əmələ gələn ləkələrin yox olmasına kömək edir. Hormon bədən temperaturunu və təzyiqini tənzimləyir.
• Dopamin – razılıq hormonlarını artırır.
• Testosteron – insandakı narazıçılıq və narahatlıq hisslərini azaldır.
• Endorfin – xoşbəxtlik hormonu stresi aradan qaldırır, depressiyadan uzaq saxlayır. Bu hormonlar cinsi istəyi artırır, insanı daha həvəsli edir.
2. Cinsi əlaqə ürəyə müsbət təsir edir, insult və infarkt riskini 2 dəfə azaldır.
3. Daimi cinsi əlaqə insanı daha ağıllı edir. Seks zamanı qan beyinə daha yaxşı ötürülür, oksigenin miqdarı çoxalır. Eyni zamanda cinsi əlaqə yaddaşı möhkəmləndirir, əsəbləri sakitləşdirir.
4. Seks kişilərdə prostat, qadınlarda isə mastopatiya xəstəliyinin qarşısını alır.
5. İntim münasibət zamanı immunitet artır, soyuqdəymənin qarşısını alır.
6. Seks artıq çəkidən xilas olmağa kömək edir. 4-5 dəqiqə sekslə məşğul olmaq 15 dəqiqə qaçış xalçasında idman etməkdən daha sərfəlidir. Bu zaman daha çox kalori itirirsən.
8. Cinsi əlaqə zamanı orqanizmdəki mikrobların 50 %-i təmizlənir.
Bəs, görəsən, cinsi əlaqə hansı yaşda xeyirlidir?
Alimlər sübut ediblər ki, erkən yaşda cinsi əlaqə ilə məşğul olmaq insanın psixologiyasına mənfi təsir edir. Belə insanlar alkoqola düşkün olurlar. Onlar həyatlarındakı insanlardan razı qalmırlar.
17-20 yaş
Bu yaşda cinsi əlaqədə olanlar heç vaxt istədikləri həzzi ala bilmirlər. Onlar sadəcə qarşılarındakı insana qayğı göstərməyə, mehriban davranmağa can atırlar.
21 – 30 yaş
Bu yaşda olanlar həmişə bir sual maraqlandırır: Görəsən, mən yataqda necə idim? Bunun üçün yaxşı olardı kı, özünüzü izləyib, qərar verəsiniz. Həmişə sona kimi getməyə çalışmayın. Bu yataqdakı potensialınızı artırmağa, həmişə aktiv tərəf olaraq qalmağınıza kömək edəcək. Tez-tez fərqliliklər etməyə çalışın.
31 – 40 yaş
Kişilər artıq öz vəzifələrini bilirlər. 31-40 yaş arası kişilər əsasən, standart seks yaşayırlar. Bu da cinsi həvəsi azaldır. Yenilikləri yataqda da təcrübədən keçirməkdən çəkinməyin.
Məsləhət:
• Seksual aktivliyi artırmaq üçün təmiz havada qaç, üzgüçülüyə get, velosiped sür.
• Seksoterapeyanı sına.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də