Çində film ssenarilərinə bənzər hadisə yaşanıb.
RegionTV.info bildirir ki, Çində Se adlı kişi boşandığı həyat yoldaşıyla arasındakı mübahisəyə son qoymaq üçün, 2yaşlı oğlunu 158 min yuana (50 min manat) uşağı olmayan başqa bir ailəyə satıb.
Daha sonra həmin pulla tətilə gedib. Uşağın anası yoxa çıxan övladını axtarışa verdikdən sonra baş verən hadisə ortaya çıxıb.
Polis araşdırmalarından məlum olub ki, boşanmış valideynlərin əvvəllər də başqa ailələrə verilmiş 2 qızları var.
Xəbəri paylaş