Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vahid Ələkbərovun oğluna vəzifə verildi

RegionTV.info                                                                                               
Rusiyanın "Spartak" klubunun Direktorlar Şurasına iki yeni üzv qəbul olunub. 
Bunlar Zarema Salihova və Yusuf Ələkbərovdur.
 
Salihova eyni zamanda klubun Audit və Mükafatlandırma Komitəsinə rəhbərlik edəcək. O, "qırmızı-ağlar"ın prezidenti və səhmdarlarından biri Leonid Fedunun həyat yoldaşıdır.
 
Yusuf Ələkbərov isə klubun daha bir səhmdarı, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovun oğludur.
 
Hər iki şəxs səhmdarların ümumi yığıncağının qərarı ilə klub rəhbərliyinə gətirilib.
 
Qeyd edək ki, hazırda "Spartak" Premyer Liqada 27 oyundan sonra 50 xalla 3-cü pillədə qərarlaşıb. Domeniko Tedeskonun baş məşqçi olduğu komanda bu gün Tula "Arsenal"ını məğlub edəcəyi təqdirdə, "Lokomotiv"i keçərək 2-ci sıraya yüksələcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də