Mayın 8-də bütün pensiyaların ödənişi həyata keçiriləcək.
RegionTV.info-nun məlumatına görə bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildiriblər.
Sözügedən tarixdən güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq.
Qeyd edək ki, 2021-ci il yanvarın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda 1228,8 min (2020-ci il yanvarın 1-i vəziyyətinə 1270,6 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir.
Xəbəri paylaş