Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda çoxmərtəbəli binada yanğın olub

Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb.
Bu barədə RegionTV.info-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner, eyvanında 1 ədəd dolab yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09:40
Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsindəki çoxmərtəbəli binalardan birində baş verib.
Hazırda binanın yuxarı mərtəbələrindən birində yerləşən mənzildə yanğın davam edir.
Yanan mənzildən ətrafa qara tüstü və duman yayılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də