Bakının Nizami rayonunda qadını qatar vurub.
RegionTV.info xəbər verir ki, hadisə metronun Koroğlu stansiyası yaxınlığında yerləşən dəmiryol xəttində baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Əlizadə Həmid Talıb qızı dəmiryolu relslərini keçərkən onu yük qatarı vurub.
Yaralı komatoz vəziyyətində 3 nömrəli şəhər kliniki tibbi mərkəzə yerləşdirilib.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş