Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Fransada ara qarışdı: Xeyli sayda yaralı və tutulanlar var

Fransanın paytaxtı Parisdə, Lill, Nant və Liyonda keçirilən 1 May nümayişləri zamanı radikal qüvvələrlə polis arasında toqquşma olub.
ReginTV.info xəbər verir ki, polislə qarşıdurma Parisin Xal meydanında daha qabarıq şəkildə olub.
Qara geyimli bir qrup etirazçı şəhərdə zibil qutularını yandırmağa, ticarət və digər obyektlərə müxtəlif dərəcədə zərər vuraraq polisə müxtəlif əşyalar atıblar.
Şəhər Polis İdarəsi meydanda olanları təcili yardım xidmətinə yaralıların çıxarılması ilə bağlı müdaxilə etməməyə çağırıb. Bəzi yerlərdə etirazçılar yanğınsöndürənlərə yandırdıqları tonqallara yaxınlaşmağa imkan verməyiblər.
Polis radikallara qarşı gözyaşardıcı qaz bombasından və su şırnaqlarından istifadə etməyə məcbur olub.
Liyonda nümayişlərin  dağıdılması zamanı 27 polis və jandarma zabiti yaralanıb, azı 5 nəfər nəzarətə alınıb. Son məlumatlara görə, Parisdə 34 nəfər etirazçı saxlanılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də