
Daşksən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni baş inspektor təyin olunub.
Bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Məlumata əsasən polis leytenantı Elşən İsmayılov sözügedən qurumda baş inspektor vəzifəsini icra edəcək.
E.İsmayılov buna kimi Baş Dövlət Yol Polisinin 9-cu tağımında çalışıb.