
RegionTV.info bildirir ki, Misirin İsgəndəriyyə şəhərində aparılan araşdırmalar nəticəsində 2 min ildən çox yaşı olan mumiya tapılıb.
Sözügedən mumiya Taposiris Magnadakı 16 məzarlığın birindən tapılıb. Bu mumiyanı digərlərindən fərqləndirən cəhət isə onun dilinin yerində qızılın olmasıdır.
Qədim misirlilərin inancına görə ölən şəxsin dili o biri dünyada tanrıyla danışması üçün qızılla əvəzlənib.



