"Həmin qurum bütün əməkdaşların təyinatında əsas rol oynayırdı..."
Qarabağ məsələsinin bu günkü düyünlü səviyyəyə gəlib çatmasında, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasında Azərbaycanda sovet dövründə, demək olar ki, müxtəlif dövlət strukturlarında yüksək vəzifələrdə ermənilərin, rusların və xalqımıza daim üstdən aşağı, təkəbbürlə baxan digər millət nümayəndələrinin işləməsinin də böyük rolu olub.
Müstəqillik illərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polkovnik Mehman Mehmanov Moderator.az-a müsahibəsində 1988-1991-ci illərdə artıq Qarabağda erməni ekstremistlərinin fəaliyyətinin qızğın çağlarında belə, ölkəmizin güc strukturlarında millətimizə yad ünsürlərin kənarlaşdırılması üçün aparılan mübarizədən danışıb. O, özünün şəxsən DİN orqanı olan “Mübariz keşikdə” qəzetinin əməkdaşı olaraq bu mübarizə üçün verdiyi töhfələrdən bəhs edib.
“1991-ci ilədək Azərbaycan SSR DIN-in Kadrlar İdarəsində komplektləşdirmə şöbəsinin, yəni bütün əməkdaşların təyinatında əsas rol oynayanşöbənin rəisi erməni qadın Amaliya Kasparovna Qaykovna idi…”
“DİN-in Baş Cinayət Axtarış İdarəsində bölmə rəisi Mandulyan idi… Aşağı vəzifələrdə də, vaxtyor işində belə, ermənilər çalışırdı…”