Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.
RegionTV.info xəbər verir ki, hadisə Ərkivan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Əbilzadə Eşqin Qədir oğlu və onu həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əbilzadə Nərmin Şair qızı evdə yaralı və huşsuz vəziyyətdə tapılıb.
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan təxminən 25 yaşlarında olan kişinin boyun, qadının isə kürək və bel nahiyələrindən kəsilmiş-deşilmiş yaralar aldığı bildirilib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Məlumata görə, ər arvadına vurduqdan sonra özünə qəsd edib.
Hadisənin təfərrüatı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş