Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Akif Səlimov 70 yaşında dünyasını dəyişib.
RegionTV.info xəbər verir ki, mərhum aprelin 30-da vəfat edib.
A.Səlimov 1950-ci il noyabrın 7-də Laçın rayonunun Qarıqışlaq kəndində anadan olub. I Qarabağ müharibəsi iştirakçısı olub. O, 1984-2006-cı illərdə Laçın, Goranboy, Qax, Cəlilabad rayonlarının polis şöbələrində yüksək vəzifələr tutub. 2013-2016-cı illərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı olub.
Xəbəri paylaş