
RegionTV.info xəbər verir ki, bu, Səid Salayevdir. O, vaxtilə Mingəçevir Turizm Kollecinin direktoru olub və Şahdağ Turizm Mərkəzinin sədri vəzifəsində 2018-ci ilin sonunda təyin olunmuş Almaniya vətəndaşı Rodderix Mark Leffleri əvəz edib.
Xatırladaq ki, Şahdağ Turizm Mərkəzi 2015-ci ildə yaradılıb.
Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.