SON DƏQİQƏ: İftar vaxtı DƏHŞƏT YAŞANDI: 30 ölü, 60 yaralı var
Tarix: 30-04-2021, 22:00 Xəbərə baxış: 172
Əfqanıstanın Lohar əyalətində şiddətli partlayış törədilib. Hadisə nəticəsində azı 30 nəfər həyatını itirib. 60-dan çox yaralı var. Tələfatın daha çox ola biləcəyi istisna edilmir.RegionTV.info xəbər verir ki, hadisə iftar vaxtı yerli dini liderə məxsus qonaq evinin qarşısında baş verib. Terrorçular hücumu minalanmış avtomobili partlatmaqla törədib. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.