Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda 90 yaşdan yuxarı olan 3 koronavirus xəstəsi sağalıb

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş və yaşı 90-dan artıq olan 3 nəfər sağalıb.      
RegionTV.info bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov deyib. O bildirib ki, həmin şəxslərin 92, 94 və 95 yaşı olub: "Yaşla əlaqəli xəstəlik müxtəlif formalarda keçə bilər. Bəzən elə hallar olur ki, bu, gənclərdə ağır formada, yaşlılarda isə yüngül olur. Qeyd edim ki, hər üç ahıl pasiyentimiz sağalıb və evə buraxılıb. 95 yaşlı pasiyent də COVID-19-u nisbətən yüngül keçirib. Çünki onun yanaşı xəstəlikləri yox idi. Oksigenə təlabatı yaransa da, ağırlaşmadan xəstəlikdən sağaldı. Digər iki xəstədə oksigen tələbatı yüksək oldu və uzun müddət klinikada müalicə aldılar. Əsas odur ki, onlar sağalaraq evlərinə getdilər".
R.Qasımov deyib ki, yaşlı insanlar arasında kifayət qədər ölüm halları olub: "Çünki yanaşı xəstəliklər səbəbindən yaşlı insanların orqanizminin müqaviməti zəifləyir. Odur ki, belə insanları xəstəliklərdən qorumaq lazımdır".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də