Səudiyyə Ərəbistanı hökuməti ölkə ərazisində fəaliyyət göstərən Türkiyə Təhsil Nazirliyinin tabeliyindəki 8 məktəbin bağlanılması ilə bağlı qərar verib. RegionTV.info xəbər verir ki, paytaxt Ər-Riyad da daxil olmaqla, Məkkə, Mədinə, Tabuk, Taif, Damma, Abha və Ciddədəki təhsil ocaqları bu barədə məlumatlandırılıb. Bildirilib ki, ilin sonuna kimi türk məktəblərinin fəaliyyəti dayandırılacaq.