
RegionTV.info bildirir ki, bunu Qarabağ bürosuna Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) bölmə rəhbəri Bəhruz Namazov deyib.
Onun sözlərinə görə, hazırda da minatəmizləmə əməliyyatları davam etdirilir:
"İlkin olaraq 68 min kvadrametr ərazi minalardan təmizlənib. Bundan əlavə olaraq Zəngilan rayonu üzrə ümumilikdə 3 milyon 530 min kvadratmetr ərazi təmizlənib".