
RegionTV.info xəbər verir ki, aktrisa bunun üçün Zaur Baxşəliyevin "Bizimləsən" proqramına müraciət edib. O bildirib ki, 48 ildir görmədiyi Mirmahmud əmisinin ailəsini axtarır.
Aktrisa əmisinin İranda yaşadığını, hazırda onun dünyasını dəyişdiyini deyib:
"Əmim atamdan böyük olub. İndi əmim uşaqları Əhməd və Məmmədin övladlarını, nəvələrini axtarıram. Bizim hazırda üçüncü nəslimiz gəlir. Bibimin həkim qızı, nəvələri var".