
RegionTV.info xəbər verir ki, həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə), 228.4-cü (qanunsuz silah saxlama), 243.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 296.2-ci ( Bilə-bilə yalan xəbərçilik etmə) açılmış cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində hökm oxunub. əvvəllər də məhkumluq həyatı yaşamış 1990-cu il təvəllüdlü Dünyamalı Şahbazov 13 il 2 ay, Elnarə Əzizzadə isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaqda o da məlum olub ki, E.Əzizzadə daha əvvəl müxtəlif şəxslərlə başqa-başqa ünvanlardakı otel və digər yaşayış sahələrində pul qarşılığında görüşərək cinsi əlaqədə olub, həmçinin bir neçə qadını bu işə cəlb edib.
2018-ci ilin mart ayında Bəxtiyarın şantaj və hədələrə tab gətirməyərək intihar etməsindən sonra faktla bağlı cinayət işi açılıb.