RegionTV.info-nun məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində paylaşım edib.
Səfir bildirib ki, səfirliyin hərbi attaşesi və ali liderin Azərbaycan üzrə nümayəndəsi Seyid Əliəkbər Ocaq Necat ilə birlikdə general şəhid Polad Həşimovun evində olduq. Şəhidin ailəsi ilə görüş zamanı general şəhid Qasim Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim etdik.
