Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Solariuma gedən qadın görün nə hala düşdü - FOTO

Böyük Britaniyanın Qloster şəhərindən olan 29 yaşlı Lüsi Hartlend 3 ay ərzində hər gün solariuma getdikdən sonra dəri xərçənginə tutulub.
RegionTV.info xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Belə ki, dərisinin rəngini bəyənməyən Lüsi müxtəlif qaraldıcı vasitələrdən istifadə etsə də, istədiyi nəticəni əldə etməyib. Bu səbəbdən qadın bədəninə qaralmanı tezləşdirən vasitələrdən çəkməklə hər gün 10-15 dəqiqə solariumda "günəş vannaları" qəbul etməyə başlayıb.
Üç ay sonra Hartlend sol ayağında kiçik xalın əmələ gəldiyini görüb.
Həkinə müraciət etdikdə, onu biopsiyaya göndəriblər. Bir neçə gün sonra müayinə nəticəsində məlum olub ki, ayağındakı xal melanomanın (dəri xərçənginin) ilkin mərhəlsidir.
Lüsi dərhal əməlyyat olunub. İlk əməliyyat şişi götürmək üçün, ikinci əməliyyt isə dəri köçürülməsi üçün edilib.
Hazırda onun həyatı artıq təhlükədə deyil.
"Mən sadəcə yaxşıca qaralmaq istəyirdim, lakin özümü necə bir riskə atdığımı təsəvvürümə gətirmirdim", - deyə qadın təəssüflə etiraf edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də