Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Füzuli rayonun Qaraməmmədli kəndinə mediatur çərçivəsində kənddə 1 hektar ərazidə 600-dən çox müxtəlifcinsli ağac əkilib.
RegionTV.info xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, işğal dövründə ermənilər tərəfindən ərazilərdə yaşıllıqlara vurulan ziyanlarla bağlı 4 istiqamət üzrə monitorinq aparılır:
"Beynəlxalq ekspertlərin də bu işlərə cəlb edilməsinə ehtiyac var. Dəymiş ziyanın hesablanması işləri həyata keçirilir və nəticədə Ermənistan qarşında təzminat iddialarının qaldırılması üçün aiddiyyəti qurumlara təqdim ediləcək. Ərazilər minalardan təmizləndikdən sonra daha genişmiqyaslı meşə bərpa işləri aparılacaq".
Xəbəri paylaş