Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Jurnalistlər Xocavənddə Azıx mağarasında olublar - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitəsinin nümayəndələri işğaldan azad edilmiş Xocavənd rayonunun Azıx kəndində olub və Azıx mağarasını ziyarət ediblər.
RegionTV.info-nun məlumatına görə, jurnalistlərə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biloloji Müxtəlifliyinin qorunması xidmətinin rəisi Firudin Əliyev qeyd edib ki, Azıx mağarası Azərbaycanda ilkin yaşayış məskəni hesab olunur:
"Bunu eramızdan əvvəl 350-400 min əvvəl aşkar olunmuş qadının alt çənə sümüyü də sübut edir. Mağarada Paleolit, Eneolit və Tunc dövrlərinə aid tarixi nümunələr arxeoloji qazıntılar zamanı aşkar olunub. Tədqiqatlara 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən başlanıb, 1968-ci ildə qadın alt çənə sümüyü aşkar olunub. Çox təəssüf ki, 1993-cü ildə ermənilər tərəfindən qeyri-qanuni arxeoloji qazıntılar aparılıb və burada müəyyən olunan arxeoloji nümunələr xarici ölkələrə daşınıb. Həmin nümunələr haqda məlumat yoxdur və onlar itirilib. Burada Tunc dövründən qalan ilkin əmək alətlərinə rast gəlinib. Bundan başqa, Azıx mağarası Azərbaycanda mövcud olan 6 paleoantoloji abidədən biri hesab olunur".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də