Türkiyədə olduğu qədər Azərbaycanda da böyük maraqla izlənilən "Masumiyyet” serialının çəkilişləri zamanı gözlənilməz hadisə yaşanıb.
RegionTV.info xəbər verir ki, Fox TV-də yayımlanan serialın çəkilişləri zamanı Hülya Avşar (Hale Ilqaz) ssenariyə uyğun olaraq Ertuğrul Postoğluya (İsmail Ilqaz) sillə vurmalı olub. Hülya Avşarın vurduğu zərbənin gücü daha ağır olduğu üçün Ertuğrul Postoğlunun çənəsi çıxıb.
Təcili xəstəxanaya qaldırılan aktyorun bir neçə gün çəkiliş meydançasında olmayacağı bildirilib.
Xəbəri paylaş