Türkiyədə 44 yaşlı kişi arvadını güllələyib.
RegionTV.info xəbər verir ki, ağır yaralanan Ayşe C. aparıldığı xəstəxanada ölüb.
Polis, hadisə ilə əlaqədar başladılan istintaq çərçivəsində qadının öz əri tərəfindən tapança ilə vurulduğunu təyin edib. Hadisədən sonra qaçan Bülent C. qısa müddətdə Irmak Polis Mərkəzinin əməkdaşları tərəfindən tutularaq nəzarətə alınıb.
Xəbəri paylaş