
RegionTV.info-nun əldə etdiyi məlumata görə, nazir müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, nazir Azad Rəhimov ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkirdi.
“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb. O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.